Loading...
AFFA-dan

AFFA-dan "Xəzər Lənkəran"a cəza

Loading...
AFFA-dan

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport7.az xəbər verir ki, İK Topaz Premyer Liqasının 36-cı  turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.


Topaz Premyer Liqasının XXXVI turunun "İnter” – "Zirə” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XXXVI turunun "Kəpəz” – "Qəbələ” matçında "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.  Oyunun  75, və 85-ci dəqiqələrində "Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XXXVI turunun "Rəvan” – "Xəzər Lənkəran” matçında "Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun  73-cü dəqiqəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Oyunun 78-ci dəqiqəsində "Rəvan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində "Xəzər Lənkəran” klubunun rəsmisi Elvar Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub.

 "Sumqayıt” – "Neftçi” matçında "Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 80-cı dəqiqəsində "Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində "Sumqayıt” klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 1000 manat cərimə olunub.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR