Loading...
Baş pediatr:

Baş pediatr: "​Azərbaycanda uşaqlara su çiçəyi, meningit və rotavirusa qarşı peyvəndlərin vurulması nəzərdə tutulub"

Loading...
Baş pediatr:

Bakı. 23 may. / "Azərbaycanda uşaqlara yeni peyvəndlərin vurulması ilə bağlı daim iş aparılır. Ölkədə gələcəkdə ilk olaraq su çiçəyinə, sonradan isə meningit və rotavirusa qarşı peyvəndlərin vurulması nəzərdə tutulub".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, bu gün dünyada istifadə edilən bəzi vaksinlər tam təkmilləşdirilməyib: "Su çiçəyinə qarşı peyvəndin tam texnoloji səviyyədə hazırlanmasını gözləyirik. Digər tərəfdən su çiçəyinə yoluxma zamanı qaydalara riayət etdikdə tez və əlavə çətinliklər yaratmadan sağalır. Peyvənd zamanı isə bu fəsadlı ola bilər. Ona görə də biz ümumiyyətlə heç bir fəsadı olmayan peyvənd gözləyirik".

N.Quliyev əlavə edib ki, dünyada su çiçəyinə qarşı yeni vaksinlərin istehsal olunması gözlənilir: "O zaman Azərbaycanda su çiçəyinə qarşı 12-ci peyvəndin vurulmasına başlanacaq. Ümumiyyətlə,  insanlar 25-ə yaxın xəstəliyə qarşı peyvənd oluna bilər. Sonradan meningitə və rotavirus qarşı peyvənd tətbiq edilə bilər. Dünyada başqa kütləvi tətbiq olunan peyvənd yoxdur".

Baş pediatr qeyd edib ki, rotavirus virus diariyalarına qarşıdır: "Bu peyvəndin də hazırda daha da təkmilləşdirilməsi prosesi gedir. Buna qarşı vurulan peyvəndlərin bağırsaq invalizasiyası kimi fəsadlarına rast gəlinir. Ona görə də bir qisim ölkələrlə yanaşı, Azərbaycanda da bu xəstəliyə qarşı peyvənd tətbiq edilmir".

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR