Loading...
BMT baş katibi 2030-cu ilə qədər məcburi köçkünlərin sayının yarıbayarı azaldılmasına çağırış edib

BMT baş katibi 2030-cu ilə qədər məcburi köçkünlərin sayının yarıbayarı azaldılmasına çağırış edib

Loading...
BMT baş katibi 2030-cu ilə qədər məcburi köçkünlərin sayının yarıbayarı azaldılmasına çağırış edib

Bakı. 23 may. / BMT baş katibi Pan Gi Mun 2030-cu ilə qədər məcburi köçkünlərin sayının yarıbayarı azaldılmasına çağırış edib.

"Report" xəbər verir ki, Pan Gi Mun bu çağırışı Türkiyənin İstanbul şəhərində keçirilən birinci Dünya Humanitar sammitində çıxışı zamanı edib.

Baş katib 4 il əvvəl bu forumun keçirilməsini təklif etdiyini və bu gün qaçqın və məcburi köçkünlərin sayının artması ilə bağlı narahatlıq səviyyəsinin artdığını bildirib. Onun sözlərinə görə, bu gün getdikcə daha çox insan evini tərk etmək məcburiyyətində qalır.

Pan Gi Mun sammitinin təşkilinə görə, Türkiyə hökumətinə təşəkkür edib.

Forum digər iştirakçıların çıxışları ilə davam edir.

Qeyd edək ki, forum iki gün davam edəcək. Sammit BMT baş katibi Pan Gi Munun təşəbbüsü və BMT humanitar məsələlərin koordinasiyası İdarəsinin təşkilati dəsətəyi ilə keçirilir. Sammitdə 177 ölkənin nümayəndələri, o cümlədən təxminən 60 dövlət və hökumət başçısı iştirak edəcək.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR