Loading...
Zərdab sakinindən oldu silah və narkotik vasitə götürülüb

Zərdab sakinindən oldu silah və narkotik vasitə götürülüb

Loading...
Zərdab sakinindən oldu silah və narkotik vasitə götürülüb

Bakı. 21 may. / Zərdab rayon sakinindən oldu silah və narkotik vasitə götürülüb. "Report" xəbər verir ki, hadisə Zərdab rayonunda baş verib. 

Belə ki, rayonun Burunlu kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı Elşən Qədimov barəsində rayon polis şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat istintaq qrupu yaradılıb. Onun idarə etdiyi minik maşınına baxış keçirilən zaman avtomobilin yük yerində olan ehtiyyat təkərin altında selofan torbaya bükülmüş, ümumi çəkisi 459,26 qram olan qurudulmuş marixuana götürülüb. Əməliyyatın davamı olaraq E.Qədimovun mənzili və həyətinə baxış kecirilib. Həyətdə olan minik maşınından baxış zamanı bir ədəd avtomat tipli silah və bir ədəd də sandiqca götürülüb. 

Qeyd edək ki, E.Qədimov ümumilikdə 20 il məhkumluq həyatı yaşayıb. Hazırda polis şöbəsində onun digər əməlləri törədib-törətməməsi ilə bağlı araşdırma aparılır.

Faktla bağlı Zərdab rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR