Loading...
​

​"Azərişıq" mobil telefon istifadəçiləri üçün yeni xidməti istifadəyə verib

Loading...
​

Bakı. 18 may. / “Azərişıq" ASC "iOS" və "Android" tipli mobil telefon istifadəçiləri üçün yeni xidmət istifadəyə verib. “Report” xəbər verir ki, qurumun hazırladığı mobil əlavələr vasitəsilə bir neçə əməliyyatı yerinə yetirmək olar.

Yeni "Azərişıq" tətbiqi vasitəsilə abonentlər elektrik enerjisi sərfiyyatlarını görə, elektrik enerjisinə görə aylıq fakturaları izləyə, elektron müraciət göndərə, elektrik enerjisi borcunu onlayn ödəyə, “smart” sayğac istifadəçilərinin onlayn balanslarını öyrənə və artıra biləcəklər.

Qeyd edək ki, proqram Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib. Proqramı “PlayStore” və "Apple Store"dan ödənişsiz yükləmək mümkündür.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR