Loading...
​Fransada etiraz aksiyasının iştirakçıları polis avtomobilini yandırıb

​Fransada etiraz aksiyasının iştirakçıları polis avtomobilini yandırıb

Loading...
​Fransada etiraz aksiyasının iştirakçıları polis avtomobilini yandırıb

Bakı. 18 may. / Parisdə keçirilən etiraz aksiyasının iştirakçıları polis avtomobilini yandırıb.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Xəbərə görə, hadisədən əvvəl avtomobildə iki polis əməkdaşı olub. Yanğın törədilən zaman polis əməkdaşları maşını tərk etməyə imkan tapıb. Nəticədə xəsarət alan olmayıb.

Fransanın əmək qanunvericiliyinə islahatlar əleyhinə ötən gecə Lion şəhərində keçirilən nümayişlərdə beş polis əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, əmək qanunvericiliyinə dəyişikliklər edilməsi səbəbindən son iki ayda ölkənin iri şəhərlərində mütəmadi tətillər keçirilir. Etiraz aksiyaları iğtişaşlarla müşayiət olunur.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR