Loading...

Rusiyalı məşhur voleybolçu karyerasını başa vurub
Xəbərlər
- 18 May, 2016
- 417 Baxış
Loading...

Bakı. 18 may. / Voleybol üzrə 2 qat dünya və 11 qat Rusiya çempionu Yekaterina Qamova karyerasını başa vurub. "Report"un məlumatına görə, bu barədə 36 yaşlı idmançı "Matç-TV"yə açıqlamasında bildirib.
Qamova formalaşmasında rolu olan azarkeşlərə, məşqçilərə, ailəsinə minnətdarlıq edib. Məşhur voleybolçu qərarını sağlıq durumunun çıxışlarını əvvəlki səviyyədə davam etdirməyə imkan verməməsi ilə əsaslandırıb: "Bu, çətin, amma fikrimcə, düzgün qərardır".
Qeyd edək ki, Yekaterina Qamova 2006 və 2010-cu illərdə dünya, 1999 və 2001-ci illərdə Avropa çempionu, 2000 və 2004-cü il olimpiadalarının gümüş mükafatçısı olub.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...