Loading...

Manga - We Could Be The Same
Xəbərlər
- 01 Mart, 2010
- 3 268 Baxış
Loading...

Manga, 55. Eurovision Mahnı Yarışmasında Türkiyəni ənənəvi melodiyaların olduğu İngiliscə ‘We Could Be The Same / Aynı Olabilirdik' mahnısıyla təmsil edəcək
Norveçin Oslo şəhərində təşkil ediləcək 55inçi Eurovision Mahnı Yarışmasında Türkiyəni təmsil edəcək olan Manga qrupunun yarışmaya hansı mahnıyla qatılacağı müəyyən oldu. TRT rəhbərliyi, Manganın hazırladığı 3 mahnıdan ənənəvi motivlər saxlayan ‘We could be the same' Türkcəsi ‘Aynı Olabilirdik' adlı mahnını seçdi. Mahnının Manganın xarakteristikasını əks etdirən, ənənəvi dadda motivlərlə bəzənmiş bir mahnı olduğu və yarışmada iddialı olduğu ifadə edilir. Maraqla gözlənilən mahnı 3 Mart Çərşənbə günü ictimaiyyətə eşitdiriləcək.
İSTANBUL KONSERTİ 7 MARTda
Eurovision Mahnı Yarışmasında Türkiyəni təmsil etməyə hazırlanan Manga qrupu mart ayını da konsertlərlə keçirəcək. Qrup, 5 Martda Ankarada, 7 Martda isə İstanbulda bir konsert verəcək.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...