Loading...

"Sumqayıt"ın futbolçusu hakimi söydü və...

Loading...

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport7.az xəbər verir ki, iclasda aşağıdakı qərarla qəbul olunub.

Əvəzedici heyətlərin XXXV turunun "Xəzər Lənkəran” – "Sumqayıt” matçında "Xəzər Lənkəran” və "Sumqayıt” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur  (maddə 40).

Oyunun 34-cü dəqiqəsində "Sumqayıt” klubunun 23 №-li futbolçusu İlqar Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

I Divizionun XXVI turunun "Şərurspor” – "Bakı” matçında "Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Oyunun 84-cü dəqiqəsində "Bakı” klubunun 20 №-li futbolçusu Valeh Seyidov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XXVI turunun "Bakılı” – "Göyəzən” matçında "Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun XXVI turunun "Turan Tovuz” – "Şəmkir” matçında "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun XXVI turunun "Zaqatala” – "Ağsu” matçında "Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR