
Tez yağlanan saçlar üçün nə etməli?
- 14 May, 2016
- 607 Baxış

Tez yağlanan saçlar saç modelinizin tez pozulmasına, saçın çirkli və sönük görünməsinə səbəb olur.
Saçlara tez-tez toxunma
Saçları çox tez daramaq və əllərinizlə oynatmaq tez yağlanan saçların başlıca səbəblərindən birdir. Saçlarınızla oynadığınız zaman əllərinizdə olan tər, yağ və çirklər saçlarınızın yağlanılmasına yol açır. Tez daramaq da yağ istehsalını artırır.
İsti sudan istifadə
İsti su saç dərisini qurudaraq çox yağ istehsalına səbəb olur. Bu səbəblə saçlarınızı yuduğunuz suyun isti olmamasına diqqət edin. Soyuq su istifadə edə bilmirsinizsə ilıq suyla yuyun.
Kremli şampunlardan uzaq durun
Doğru şampunu seçmək hər saç tipi üçün çox əhəmiyyətlidir. Yağlı saçlara sahib olan şəxslər də saçlarının tez yağlanmaması üçün kremli şampunlardan uzaq durmalıdırlar. Eyni zamanda saçlarını yaxşı islatmağa da diqqət yetirməlisiz. Yaxşı durulanmayan saç da tez yağlanır. Həftədə 1-2 dəfə kəpəyə qarşı şampun istifadə edə bilərsiniz.
Saçları çox tez düzləşdirmək
Düz saçlar başa yapışıq dayandığı üçün tez yağlanır. İstilik də yağ istehsalını artırır. Buna görə hər duşdan sonra saçınızı düzləşdirmək vərdişinizdən imtina edin. Fendən uzun müddət istifadə etməyin.
Qidalanmaya diqqət
Həddindən artıq yağ istehsalına səbəb olan, dərinizi yağlandıracak yeməklərdən uzaq durun. Yağlı dəri yağlı saçlar deməkdir. Saçları tez yağlananlar xüsusilə fast food qəbul etməkdən qaçmalıdırlar.(qadinklubu)
Qaynarinfo.az