Loading...
5 saylı Bakı

5 saylı Bakı "ASAN xidmət" Mərkəzində “Yaşıl dağ” sosial aksiyası keçirilib

Loading...
5 saylı Bakı

Bakı. 14 may. / IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunan “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində 5 saylı Bakı "ASAN xidmət" Mərkəzində növbəti “Yaşıl dağ” sosial aksiyası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, təhsil nazirinin müavini Firudin Qurbanov və digər rəsmilər çıxış edib.

Bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

Aksiyada aktiv iştirak edən vətəndaşlara 600-ə yaxın şam ağacları paylanılıb.

Qeyd edək ki, “Yaşıl dağ” sosial aksiyası Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb və ictimaiyyətin geniş marağına səbəb olub.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR