Loading...
Azərbaycan Prezidenti özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayırıb

Azərbaycan Prezidenti özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayırıb

Loading...
Azərbaycan Prezidenti özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayırıb

Bakı. 12 may. / Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sənəd cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasını gücləndirmək məqsədilə imzalanıb. 

Sərəncamla Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR