Loading...
Azərbaycan Avropa çempionatını qələbə ilə tərk etdi

Azərbaycan Avropa çempionatını qələbə ilə tərk etdi

Loading...
Azərbaycan Avropa çempionatını qələbə ilə tərk etdi

Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığmalar üzrə Avropa çempionatında millimiz çıxışını başa vurub.

Qaynarinfo.az xəbər verir ki, U-17 yığmamız A qrupunun son görüşündə Şotlandiya ilə görüşüb və 1:0 hesabı ilə qalib gəlib. Görüşün 79-cu dəqiqəsində "Qəbələ"nin sol cinah yarımmüdafiəçisi Fərid Nəbiyevin uzaq məsafədən vurduğu qol matçın nəticəsini müəyyənləşdirib. Əlavə olunmuş dəqiqələrdə Şotlandiya azlıqda qalıb.

Qrupun digər görüşündə Portuqaliya ilə Belçika qol vura bilməyib. Bu üzdən 4 xal toplayan komandamız qrupda qalıb. 7 xal qazanmış Portuqaliya və 5 xal toplamış Belçika 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, bu görüşü ölkə başçısı İlham Əliyevin böyük qızı Leyla da izləyib.

Qaynarinfo.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR