Loading...
TQDK 2010-2011

TQDK 2010-2011

Loading...
TQDK 2010-2011


2011-ci ildə qəbul imtahanlarında digər test tapşırıq formasından - açıq tipli test tapşırıqlarından da istifadə etmək planlaşdırılır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul qaydalarını açıqlayıb.

TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, komissiya prezident İlham Əliyevin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə 10 fevral tarixli fərmanını əsas tutaraq 21010-2011-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin tələbə qəbulu qaydalarında müəyyən dəyişikliklər edib. Tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə 2 və 3-cü ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin qərara uyğun olaraq 2010-cu tədris ilində ali məktəblərin Azərbaycan bölməsi üzrə 2 və 3-cü ixtisas qruplarının xarici dil fənləri sırasına rus dili fənni daxil edilib. Beləliklə, 2-ci qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər.

İkinci ixtisas qrupunda ərəb və fars dilləri xarici dil fənləri sırasından çıxarılıb.

Üçüncü qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. Əvvəlki illərdən fərli olaraq Azərbaycan bölməsi üzrə üçüncü ixtisas qrupunun DT altqrupunda da xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunacaq.

M. Abbaszadə deyib ki, orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasından qəbul olunmaq istəyən abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Hərbi liseylərə qəbul olunmaq istəyənlər Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən imtahan verəcəklər.

TQDK sədri hazırda Azərbaycanda qəbul imtahanlarında qapalı tipli test tapşırıqları formasından istifadə edildiyi deyib. Eyni zamanda qeyd edib ki, 2011-ci ildə qəbul imtahanlarında digər test tapşırıq formasından - açıq tipli test tapşırıqlarından da istifadə etmək planlaşdırılır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

LaLa

3 İyul 2010 12:58

Bütün abituriyentlərə uğurlar!

Sweety

4 Mart 2010 21:23

GOOD LUCK yes

WomAnizeR

4 Mart 2010 18:02

3 il bunnan qabaq mende bu heyacani yashayirdim)))

LARACROFT

28 Fevral 2010 23:04

İmtajan verənlərə uğurlar.İNŞALLAH qəbul olarsız.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

DJ COCI

27 Fevral 2010 16:35

butun usaqlara ugurlar dance1

SabishKa

26 Fevral 2010 20:39

Gorekde Ne olur Axiriri ))

GaGuLiK

26 Fevral 2010 18:48

Sitat: CoSa_NoStRa
Bütün abituriyentlərə uğurlar!

Mən də qaqaşımın təbrikinə qoşuluram. Məşğələ günlərinin də öz yeri var ama istəməzdim təzədən o zülümləri çəkim.Bir dəfəyə 5 fənnə hazırlaşmaq eyni zamanda da dərsinə də davamiyyətli olmaq asant deyil.
İnşallah arzusu olanlar arzularına çatar.
TQDK-nın cavabını internetdə öz gözlərinlə gördükdə ən əsası da istədiyin universitetin istediyin fakültəsinə daxil olmağıvı gördükdə yaşadığın sevinc sözlə izah olunmayacaq qədər böyük olur.17 yaşda öz əməyinin məhsulunu görürsən.Sanki sənin doğma övladın yer üzünə gəlir.Bu möhtəşəm hissdir!

nəysə diyəsən kendimi çok kapdirdim eski günlərə ))
Hamıya Bir Daha Uğurlar !
Hərə Öz Laiq Olduğu Yerini Tutusun.

Rufat

26 Fevral 2010 18:35

smile
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Deviant

26 Fevral 2010 18:32

Bütün abituriyentlərə uğurlar!

Estela

26 Fevral 2010 16:19

Allah köməyiniz olsun.əsas odu ki nə olur olsun oxuyun.oxuyan uşq gedib rahat yazacaq)

Miss_Zaqadka

26 Fevral 2010 15:25

Ne yaxsi kecen il canim qurtardi qebuldan.Ali mektebe hazirlawanlara ise sebr arzulayiram.insallah hamisi qarsisina qoydugu meqsede catar..

FreeThinker

26 Fevral 2010 14:44

Bütün şagirdlərə uğurlar! Layiqlilər qəbul olsun!
Sitat: Eysan
BU MELEYKE MiSiR DAVASI NE QEDER CEKECEK GORESEN?BESDi DE NE QEDER PUL YIGACAQSIZ GORUNUZA APARACAQSIZ

Azərbaycanda ən düzgün sistem TQDK-dır. Hələ elə olmayıb ki, savadlı uşaqlar imtahandan keçə bilməsinlər...

XeTaI

26 Fevral 2010 14:02

Sitat: Britney Spears
Hamiya ugurlar inwallah bacim 700 yigacag..


TƏbriklər bölməsində indidən yer hazırlayaq)

UKA

26 Fevral 2010 13:31

Uwaqlarin hamisina ugurlar...

Eysan

26 Fevral 2010 13:15

BU MELEYKE MiSiR DAVASI NE QEDER CEKECEK GORESEN?
BESDi DE NE QEDER PUL YIGACAQSIZ GORUNUZA APARACAQSIZ am

PRAQMATIK

26 Fevral 2010 12:12

Bu il imtahan verecek abituriyentlere ugurlar arzu edirem.
Inwallah en boyuk arzularindan biri olan telebe olmaq arzusuna catarlar
Sizin sadece bir missiyaniz var meqsede catmaq ucun var gucle caliwmaq

KeNaN T.T.

26 Fevral 2010 12:10

Ohhh ne CANIM QUTARDIIIII KECEN IL......... lol

ESTRELLA

26 Fevral 2010 11:36

imtahan verenlere ugurlar............. melek

Elif_87

26 Fevral 2010 10:08

Bu il kim imtahan verəcəksə ALLAH köməyi olsun!!!
Getdikcə çətinləşir...

MR.QARRI

26 Fevral 2010 10:05

qəbul olandan olsunlar abiturientlər