Loading...
İmişlidə “KamAz” aşıb, sürücü xəsarət alıb

İmişlidə “KamAz” aşıb, sürücü xəsarət alıb

Loading...
İmişlidə “KamAz” aşıb, sürücü xəsarət alıb

Bakı. 10 may. REPORT. AZ / İmişlidə yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə gecə saaatlarında Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun İmişli rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Ağcabədi sakini, 54 yaşlı Çingiz Qaraş oğlu Cəfərov idarə etdiyi “KamAz” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR