Loading...
​Haitidəki daşqınlar zamanı 9 nəfər həlak olub

​Haitidəki daşqınlar zamanı 9 nəfər həlak olub

Loading...
​Haitidəki daşqınlar zamanı 9 nəfər həlak olub

Bakı. 10 may. / Haitidə ötən həftənin sonundan başlamış leysan yağışlar insan tələfatına və maddi zərərə gətirib çıxarıb. "Report" xəbər verir ki, bu haqda "Prensa Latina" agentliyi məlumat yayıb.

Məlumata görə, daşqınlar və yaşayış evlərinin dağılması nəticəsində 9 nəfər həlak olub, onlarla sakin xəsarət alıb.

Leysan yağışların əmələ gətirdiyi daşqınlar 2 min 860 evin su altında qalmasına səbəb olub. Ən çox zərər çəkən evlər Nip departamentindədir. 

Məlumata görə, 15 ev tamamilə dağılıb.

Xatırladaq ki, bir həftə əvvəl Haiti sahilləri yaxınlığında bir kiçik yelkənli gəmi batıb. Nəticədə 21 nəfər həlak olub. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR