Loading...

"Neftçi" futbolçularına maaş vermir

Loading...

"Neftçi"nin işləri yolunda getmir. Sport7.az xəbər verir ki, bakılıların maliyyə baxımından vəziyyəti heç də ürəkaçan səviyyədə deyil.

Əldə etdiyimiz məlumata görə, futbolçular iki aydı maaş üzünə həsrət qalıb. Maaşını tələb edən komanda üzvlərinə "gözləyin" deyilir. Bu durum da təbii ki, futbolçuları narahat edir. Komandada tez-tez yaranan maaş gecikməsindən daha çox narahat olanlar legioner futbolçulardı. Onlar bu durumla razılaşa bilmirlər. 

Qeyd edək ki, "Neftçi" hazırda turnir cədvəlinin 43 xalla 7-ci pilləsində qərarlaşıb.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR