Loading...
​Azərbaycan millisi Avropa çempionatında növbəti görüşünü keçirəcək

​Azərbaycan millisi Avropa çempionatında növbəti görüşünü keçirəcək

Loading...
​Azərbaycan millisi Avropa çempionatında növbəti görüşünü keçirəcək

Bakı. 8 may. / Bu gün Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsinin növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan millisi bu dəfə Belçika yığması ilə qarşılaşacaq.

A qrupunda gedən mübarizədə Təbriz Həsənovun rəhbərlik etdiyi komanda qrupdan çıxmaq şansını qorumaq üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalıdır. Əks təqdirdə millinin qitə turnirindəki sonuncu qarşılaşacağı komanda Şotlandiya yığması olacaq. Qrupun digər oyununda Portuqaliya yığması Şotlandiya ilə üz-üzə gələcək.

Millimiz ilk oyunda Portuqaliyaya 0:5 hesabı ilə məğlub olub.

Günün digər iki görüşündə isə B qrupunda yer alan komandalar üz-üzə gələcək. Ukrayna qrup lideri Avstriya ilə qarşılaşacaq. Almaniyanın rəqibi isə Bosniya və Herseqovina yığması olacaq.

A qrupu

15:30. Portuqaliya - ŞotlandiyaBaş hakim: Qunnar Jarl Consson (İslandiya)"Dalğa Arena"

19:00. Azərbaycan - BelçikaBaş hakim: Petr Ardeleanu (Çexiya)"Bakcell Arena"

Xallar: Portuqaliya - 3. Belçika - 3. Şotlandiya - 0. Azərbaycan - 0.

B qrupu

14:00. Ukrayna - AvstriyaBaş hakim: Sveyn-Erik Erdvartsen (Norveç)"Bakcell Arena"

19:00. Almaniya - Bosniya və HerseqovinaBaş hakim: Peter Kraloviç (Slovakiya)"Dalğa Arena"

Xallar: Avstriya - 3. Almaniya - 1. Ukrayna - 1. Bosniya və Herseqovina - 0.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR