Loading...
​Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

​Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Loading...
​Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 6 may. / Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tamerlan Talıbov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Talıbovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, T.Talıbov Bakı şəhər sakininin etimadını qazanaraq, ondan 16 min manat pul alıb. O, vətəndaşa ev alacağını vəd etsə də, sözünə əməl etməyib. Pulunu T.Talıbovdan ala bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarını müraciət edib. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.

T.Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bu il fevralın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Talıbov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayəti verib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR