Fon yüklənir...
Загрузка...

“İlin adamı” nominasiyasının qalibi “Azərbaycan əsgəri” oldu - FOTO

Загрузка...
 “İlin adamı” nominasiyasının qalibi “Azərbaycan əsgəri” oldu -   FOTO

Bu gün Qafqaz Universitetində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ənənəvi “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı”  keçirilib.

Apa-nın xəbərinə görə, 8-ci ildir, keçirilən festivalın “İlin adamı” nominasiyasının builki qalibi simvolik olaraq, “Azərbaycan əsgəri” olub. Bu nominasiyada mükafat ötən ay döyüşlərdə qəhrəmancasına şəhid olmuş polkovnik Vüqar Yusifovun övladı Aytən Yusifovaya təqdim edilib.

Pakistan, Tacikistan, İran, Koreya, Rusiya, Özbəkistan, Türkmənistan, Amerika Birləşmiş Ştatları, Polşa, Meksika Birləşmiş Ştatları, Kolumbiya, Argentina, Hindistan, Banqladeş, Malayziya səfirləri və Səfirliklərinin nümayəndələrinin, dövlət və elm xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç  deyib ki, millətin ən önəmli sərvəti onun vətənini sevən, bilikli, bacarıqlı mütəxəssislər kimi yetişən gəncləridir.

Sonra universitetin özfəaliyyət dərnəkləri çıxış edib, Azərbaycanda təhsil alan xarici tələbələr ölkələrinin stendlərini quraraq milli mətbəx, geyim və digər mədəniyyət nümunələrini nümayiş etdiriblər.

Qaynarinfo.az

 “İlin adamı” nominasiyasının qalibi “Azərbaycan əsgəri” oldu -   FOTO

 “İlin adamı” nominasiyasının qalibi “Azərbaycan əsgəri” oldu -   FOTO
Загрузка...
loading...
Загрузка...