Loading...
Tural Abbaslı Müsavat Partiyasından istefa verdi

Tural Abbaslı Müsavat Partiyasından istefa verdi

Loading...
Tural Abbaslı Müsavat Partiyasından istefa verdi

Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı və bir qrup tərəfdarı partiya sıralarından istefa veriblər.

Bu barədə "Report"a T.Abbaslı özü məlumat verib.

O, istefasını partiyadaxili mühitlə əlaqələndirib.

Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü ilin sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib.Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı isə 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib. Hazırda isə həmin blok partiyaya çevrilir.

Qaynarinfo.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR