Loading...
Kamran Ağayevlə

Kamran Ağayevlə "Qarabağ"a cəza

Loading...
Kamran Ağayevlə

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bır sıra qərarlar verilib. Sport7.az xəbər verur ki, Azərbaycan Premyer Liqasının 32-ci turunun "İnter” – "Sumqayıt” matçının 27-ci dəqiqəsində birincilərin futbolçusu Kamran Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Oyunun 90+1-ci dəqiqəsində "Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib.

Premyer Liqanın 32-ci turunun "Zirə” – "Qarabağ” matçı başa çatdıqdan sonra "Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR