Loading...
Dərsliklər yenidən çap olunacaq -    Təhsil Nazirliyi

Dərsliklər yenidən çap olunacaq - Təhsil Nazirliyi

Loading...
Dərsliklər yenidən çap olunacaq -    Təhsil Nazirliyi

“IX siniflər ilk dəfə olaraq yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklərdən istifadə edəcək. 2016-2017-ci tədris ilində ən yüksək dərslik tirajı I siniflərə aid olacaq”.

Təhsil Nazirliyindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2016-2017-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I, II, III, V, VII və IX sinifləri üzrə 261 adda dərslik çapı nəzərdə tutulur. II, III sinif dərslikləri şagird kontingentinin artımı, bəzi dərsliklərin yararsız olması səbəbilə ehtiyac əsasında müəyyən olunmuş faizlə yenidən çap olunur. 

Nazirlikdən onu da bildiriblər ki, I, V, IX siniflər üçün dərsliklər isə mövcud şagird kontingentinin tam həcmi qədər çap olunaraq məktəblərə çatdıralacaq.

Həmin dərsliklərdə yeniliklərə gəlincə, nazirlikdən bildirilib ki, yeni tədris ilində ümumtəhsil məktəblərinin IX sinifləri yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklərdən ilk dəfə olaraq istifadə edəcək. IX sinif dərsliklərinin və təkmilləşdirilərək təkrar çap olunacaq I, V sinif dərsliklərinin layihələri çapa verilməzdən əvvəl ictimai rəy və təkliflərin bildirilməsi üçün www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilib. Həmin səhifəyə daxil olaraq yerləşdirilmiş dərslik layihələri ilə tanış olmaq və fikir bildirmək mümkündür.

Qaynarinfo.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR