Loading...
Sudanda hərbi təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

Sudanda hərbi təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

Loading...
Sudanda hərbi təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

Bakı. 1 May. / Sudanda “An-26” tipli nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, qəza Şimali Kordofan ştatında təyyarə hava limanına eniş edən zaman baş verib.

"5 nəfərdən ibarət olan bütün heyət üzvləri həlak olub", – deyə ordu komandanlığından bildirilib.

“An-26” Sovet istehsalı olan hərbi nəqliyyat təyyarəsidir. Sudan ordusu bu modeldən adətən yaraqlılara qarşı əməliyyatlar zamanı istifadə edir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR