Loading...
​ABŞ və Rusiya Suriyada yeni atəşkəs haqda razılığa gəlib

​ABŞ və Rusiya Suriyada yeni atəşkəs haqda razılığa gəlib

Loading...
​ABŞ və Rusiya Suriyada yeni atəşkəs haqda razılığa gəlib

Bakı. 29 aprel. / ABŞ və Rusiya Suriyanın bir neçə rayonunda atəşkəslə bağlı yeni razılığa gəlib.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumatı Bəşşar Əsədə aid silahlı qüvvələrin qərargahı da təsdiqləyib.

Atəşkəs rejimi ölkənin Latakiya bölgəsinin şimal hissələrində və Dəməşqin ətraf rayonlarında tətbiq ediləck. Latakiyada atəşkəs 72 saat, Suriya paytaxtı ətrafında isə 24 saat müddətinə tətbiq olunacaq.

Yeni atəşkəs "problemli vəziyyətləri tənzimlənməyə" yardım etmək məqsədi daşıyır.

Qeyd edək ki, Suriyanın ayrı-ayrı rayonlarında intensiv döyüşlər davam edir. Ötən həftə ərzində Hələb şəhərindəki atışmalar nəticəsində 200-dən çox dinc sakin həyatını itirib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR