Loading...

Azərbaycanı “EUROVİSİON-2010” - da kim təmsil edəcək?
Xəbərlər
- 19 Fevral, 2010
- 4 291 Baxış
Loading...

Martın 2-də “Buta Palace”-da “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli final konserti keçiriləcək. Bu barədə “Eurovision” üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəyli bildirib.
Z. Bədəlbəyli deyib ki, milli final tam “Eurovision” party formasında təşkil olunacaq. Finala vəsiqə qazanmış üç namizəd - Məryəm Şabanova, Səfurə Əlizadə və Milk&Kisses qrupu Azərbaycanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparacaq. Onlar 5 əcnəbi bəstəkarın Kiyevdə yazdırdıqları mahnılarını milli münsiflərin və tamaşaçıların qarşısında nümayiş etdirəcəklər. Məhz martın 2-də bu ilin mayında keçiriləcək “Eurovision-2010” mahnı yarışmasında Azərbaycanı təmsil edəcək musiqiçi və onun ifa edəcəyi mahnı müəyyənləşəcək. Musiqi koordinatoru gecənin musiqili qonaqlarının olacağını da deyib.
Qeyd edək ki, fevralın 2-də Azərbaycan təmsilçisinin seçilməsi üçün milli yarımfinal keçirilib. 6 namizəd arasından 3-ü həmin gecə finala vəsiqə qazanıb.

P.S. Bəs sizcə Azərbaycanı Eurovisionda kim təmsil etməlidir?
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...