Loading...
Fransada etiraz aksiyaları zamanı 20-dən çox polis yaralanıb

Fransada etiraz aksiyaları zamanı 20-dən çox polis yaralanıb

Loading...
Fransada etiraz aksiyaları zamanı 20-dən çox polis yaralanıb

Bakı. 29 aprel. / Fransada əmək qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərə qarşı etirazlar zamanı 24 polis yaralanıb. "Report" BBC-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında ən şiddətli qarşıdurma Parisdə baş verib.

"Üç polis məmuru ağır yaralanıb, onlardan birinin vəziyyəti kritikdir", - deyə Fransa daxili işlər naziri Bernar Kaznöv bildirib.

Qeyd edək ki, cümə axşamı onminlərlə nümayişçi Paris və digər böyük şəhərlərin - Nant, Lion, Marsel, Tuluzanın küçələrinə axışıb.

Etirazçıların bəziləri təkər yandırıb və polisə daş və butulka atıb. 100-dən çox etirazçı həbs edilib.

Bütün bu etirazlara səbəb isə Fransada əmək qanunvericiliyində dəyişikliklərin nəzərdə tutulmasıdır. Belə ki, gələn həftə ölkə parlamentində işdən qovulmadan müdafiə tədbirlərini azaltmağı nəzərdə tutan yeni qanun layihəsinə baxılacaq. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR