Loading...

“Kurtlar vadisi” məhkəməyə verdi
Xəbərlər
- 18 Fevral, 2010
- 5 089 Baxış
Loading...

“İnter-az” kanalı müəllif hüquqlarını pozmaqda ittiham olunur
“Kurtlar vadisi” teleserialının istehsalçısı Moskvada yayımlanan Azərbaycan dilli telekanalı məhkəməyə verib. Lent.az-ın “SalamNEWS”ə istinadən verdiyi məlumata görə, “İnter-az” telekanalı məşhur türk serialını icazəsiz yayımladığına görə məhkəməyə düşüb.
“İnter-az”ı serialın istehsalçısı olan “Panafilm” məhkəməyə verib. Telekanal müəllif hüquqlarını pozmaqda ittiham olunur.
“Türksat” peyki vasitəsi ilə yayımlanan “İnter-az” kanalının yayımı dayandırılıb. Kanal isə öz növbəsində teleserialın yayımın dayandırıb. Lakin buna baxmayaraq “Panafilm” şikayətin geri götürməyib. Hal-hazırda “Panafilm”lə kanal rəhbərliyi arasında vasitəçilərin köməyi ilə danışıqlar aparılır.

OXŞAR XƏBƏRLƏR
Загрузка...