Loading...
Yəməndə təhlükəsizlik xidmətinin rəhbərinin evi yaxınlığında güclü partlayış baş verib

Yəməndə təhlükəsizlik xidmətinin rəhbərinin evi yaxınlığında güclü partlayış baş verib

Loading...
Yəməndə təhlükəsizlik xidmətinin rəhbərinin evi yaxınlığında güclü partlayış baş verib

Bakı. 28 aprel. / Yəmənin cənubunda yerləşən Ədən şəhərində güclü partlayış olub.

"Report" "News Sky Arabia"ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, terror hücumunun məqsədi şəhərin təhlükəsizlik xidmətinin rəhbəri general Şalyal Şaia olub. Belə ki, olay onun evinin yaxınlığında baş verib.

Generalın xəsarət alıb-almaması barədə məlumat yoxdur. Hazırda yalnız o məlumdur ki, terrorçu-kamikadze mühafizəçilərin ona doğru atəş açmasından sonra avtomobildəki partlayıcı qurğunu işə salaraq partladıb.

Terror hücumuna görə məsuliyyəti kimin üzərinə götürdüyü hələlik məlum deyil.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR