Loading...
Bakıda çörəyin içərisindən bolt çıxıb - FOTO

Bakıda çörəyin içərisindən bolt çıxıb - FOTO

Loading...
Bakıda çörəyin içərisindən bolt çıxıb - FOTO

Bakı. 27 aprel. / Bakı sakini Müşfiq Novruzovun aldığı çörəyin içərisindən bolt çıxıb. Bu barədə "Report"a M.Novruzov özü məlumat verib.

O, pəhriz çörəyini Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazardan aldığını bildirib: "Evə gələn zaman 10 qəpiklik dietik çörəyin kənarında boltun olduğunu gördüm". 

Məsələ ilə bağlı "Report" Standartlaşdırma, Mertologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblıya müraciət edib. F.Talıblı xatırladıb ki, Komitə yanında Dövlət Nəzarəti Xidməti müəssisələrdə yoxlamaları Prezidentin müvafiq fərmanı ilə dayandırıb: "Ancaq yenə də sahibkarlar bu məsələlərdə ehtiyatlı olmalıdırlar. Eyni zamanda, istehlakçılar da hüquqlarının qorunmasına ciddi yanaşmalıdır". 

Komitə rəsmisi əlavə edib ki, yoxlamalar dayandırılsa da, laborator şəraitdə məhsulların keyfiyyəti yoxlanılır: "Vətəndaş çörəklə birlikdə bizim komitəyə yaxınlaşaraq onu əməkdaşımıza təhvil verə bilər. Dərhal çörəyi laboratoriyaya verib məsələni araşdıracağıq. Həmin boltun çörəyin içərisinə necə düşməsini, belə olan halda onun necə satışa çıxarılmasını öyrənə bilərik. Əgər fakt təstiqlənərsə, sahibkar mütləq cəzalandırılmalıdır".

float: left; width: 100%;">
Bakıda çörəyin içərisindən bolt çıxıb - FOTO

Bakıda çörəyin içərisindən bolt çıxıb - FOTO

Bakıda çörəyin içərisindən bolt çıxıb - FOTO

Bakıda çörəyin içərisindən bolt çıxıb - FOTO
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR