Loading...
​Kanadada yüzlərlə avtomobildə yanğın baş verib

​Kanadada yüzlərlə avtomobildə yanğın baş verib

Loading...
​Kanadada yüzlərlə avtomobildə yanğın baş verib

Bakı. 27 aprel. / Kanadadakı maşın zibilliyində yüzlərlə avtomobildə yanğın olub. "Report"un məlumatına görə, bu barədə "CBC News" xəbər yayıb.

Məlumata görə, Kanadanın Keyp-Breton adasındakı avtomobil zibilliyində bir-birinin üstünə yığılmış 250-300 avtomobildə alışma baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, onların su mənbələrinə girişi olmadığından sisternlərdən istifadəyə məcbur olublar.

Yanğının qarşısını almaq üçün toplaşmış peşəkar və könüllülər alovun yayılmasının qarşısını almağa və yanğını söndürməyə çalışıblar.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR