Loading...
​Bakıda qətlə yetirilən qadının stəkanla öldürüldüyü məlum olub

​Bakıda qətlə yetirilən qadının stəkanla öldürüldüyü məlum olub

Loading...
​Bakıda qətlə yetirilən qadının stəkanla öldürüldüyü məlum olub

Bakı. 25 aprel. / Bakıda 76 yaşlı qadının qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Report”un xəbərinə görə, Nelli Sultanovanın mənzilinə daxil olan şəxslərin məqsədi onun əmlakını ələ keçirmək olub.

Məlum olub ki, qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov N.Sultanovanı stəkanla qətlə yetirib. V.İsayev stolun üstündəki stəkanı götürərək N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb.

Qeyd edək ki, aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar.

V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğanı təhvil veriblər.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR