Loading...
2015-ci ildə Azərbaycana 50 min rusiyalı turist gəlib

2015-ci ildə Azərbaycana 50 min rusiyalı turist gəlib

Loading...
2015-ci ildə Azərbaycana 50 min rusiyalı turist gəlib

Bakı. 22 Aprel. / Rusiya turoperatorları yaxın xaricdə, xüsusilə də Cənubi Qafqaz ölkələrinə – Azərbaycan, Gürcüstan və Ermənistana turların sifariş edilməsində əhəmiyyətli dərəcədə artım müşahidə edirlər.“Report” xəbər verir ki, bu barədə cümə günü "İzvestiya" nəşri yazıb.

Lakin Rusiya Turoperatorlar Assosiasiyası (RTA) qeyd edir ki, rus turistlər üçün Türkiyə və Misirə tam olaraq əvəz hələ ki, yoxdur.

"Cənubi Qafqazın Türkiyə və ya Misirdəki kurortları əvəz edə biləcəyini demək çox tezdir", - deyə RTA-nın vitse-prezidenti Aleksandr Kurnosov bildirib.

Onun fikrincə buna səbəb Cənubi Qafqaz kurortlarında “hər şey daxil” sisteminin olmaması və dənizin Misir və Türkiyədəki ilə müqayisədə keyfiyyətidir.

Bununla yanaşı Kurnosov qeyd edib ki, yenə də Cənubi Qafqaz turlarında nəzərəçarpacaq dərəcədə artım var. RTA-nın məlumatına görə, 2015-ci ildə Azərbaycanı 50 min rusiyalı turist ziyarət edib.

"Turistlər Azərbaycana Bakını gəzmək, bir neçə gün dəniz sahilində dincəlmək və yerli sanatoriyalarda müalicə olunmaq üçün gedirlər. Bundan əlavə, turistlər yerli mətbəxlə də maraqlanırlar", - deyə o əlavə edib. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR