Loading...
Avtomobillərin sığortasında   YENİLİK

Avtomobillərin sığortasında YENİLİK

Loading...
Avtomobillərin sığortasında   YENİLİK


Artıq müştərilər heç bir sığorta agenti ilə münasibət qurmadan, ödəniş terminallarında bəzi məlumatları daxil etməklə öz avtomobillərini sığortalaya biləcəklər.

Xezerxeber.com xəbər verir ki, avtomobillərin icbari sığortasının yeni qaydada satışı başlanır. Artıq sürücülər öz avtomobillərində bu sığorta növünü ödəmə terminalları vasitəsilə əldə edə biləcəklər.

Terminallarda avtomobilin siğorta edilməsi isə çox asan və tez surətdə başa gələcək. Sığorta haqqının ödənilməsi üçün müştərilər mobil telefon nömrəsini, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin nömrəsini terminala daxil etməlidirlər. Daha sonra nəqliyyat vasitəsinin növünü seçərək ödəniş etməlidirlər

Müştəri ödəniş etdikdən sonra bu barədə sığorta şirkətinə məlumat daxil olur. Və sığorta şəhadətnaməsi ünvana çatdırılır.

Hələlik ölkədə fəaliyyət göstərən bir sığorta şirkətinin tətbiq etdiyi yeniliyi gələcəkdə digər şirkətlərin təklif etməsi də istisna deyil. Terminallar vasitəsi ilə edilən sığorta zamanı müştərilər bonus manus sistemidən də asanlıqla istifadə edə biləcək.

Qaynarinfo.Az


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR