Loading...
Bakı sakini evində ölü tapılıb

Bakı sakini evində ölü tapılıb

Loading...
Bakı sakini evində ölü tapılıb

Bakı. 13 aprel. / Bakıda 81 yaşlı kişi evində ölü vəziyyətdə tapılıb. "Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1935-ci il təvəllüdlü Zolatik Yuri Serqeyeviçin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. 

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin apardığı ilkin müayinə zamanı Y. Serqeyeviçin vəfat etdiyi müəyyən olunub.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR