Loading...
Oğurluqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Oğurluqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Loading...
Oğurluqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 13 aprel. / Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Kamran Kamal oğlu Axundov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxş iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, K.Axundov 2015-ci ildə Bakıda oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2016-cı il fevralın 19-da Nərimanov Rayon Məhkəməsinin hökmü ilə K.Axundov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumapellyasiya şikayəti verib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR