Loading...

"Azərsun Holdinq" Avropa çempionatına sponsor oldu

Loading...

Bu gün "Azərsun Holdinq”in nəzdindəki Azərsun Akademiyasında "Azerçay” brendinin UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın sponsoru olması ilə bağlı müqavilə imzalanıb. Sport7.az xəbər verir ki, müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və "Azersun Holdinq”in baş direktoru Savaş Uzan imzalayıblar.
 
Müqavilə imzalandıqdan sonra hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim edib. Savaş Uzan açıqlamasında Azərbaycanda təşkil olunan bütün beynəlxalq tədbirlərin onları sevindirdiyini bildirib: "Bu cür tədbirlər həm ölkənin təbliği, həm də konkret fəaliyyət sahəsinin inkişafı baxımından çox vacibdi. Azerçay brendi indiyə qədər bir sıra yerli və beynəlxalq yarışlarda təmsil olunub. UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 önəmli futbol turnirlərindən biridi və inanıram ki, bu idman yarışı yüksək səviyyədə təşkil olunacaq, ölkəmizə gələn qonaqlar məmnun qalacaqlar. "Azersun Holdinq” və Azerçay-Doğma çay brendi olaraq bu böyük tədbirin ən gözəl şəkildə təşkilinə öz töhfəmizi verə biləcəyimiz üçün çox sevincliyik”.
 
Elxan Məmmədov isə "Azersunq Holdinq”in gələn ay keçiriləcək turnirə xüsusi diqqətlə yanaşmasını təqdirəlayiq hal hesab edib: "Təşkilati işlərdə bizə dəstək verdiyi üçün "Azersun Holdinq”ə AFFA-nın rəhbərliyi adından təşəkkür edirik. Bilirik ki, Azerçay çox tanınmış brendlərdən biridi və bu brendin Azərbaycanda keçiriləcək U-17-lər arasında Avropa çempionatında bizimlə birgə olması çox xoşdu. Əminəm ki, əməkdaşlığımız məhsuldar olacaq”.
 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR