Loading...
​Səudiyyə Ərəbistanı iranlı rəsmilərə viza verib

​Səudiyyə Ərəbistanı iranlı rəsmilərə viza verib

Loading...
​Səudiyyə Ərəbistanı iranlı rəsmilərə viza verib

Bakı. 11 aprel. / "Səudiyyə Ərəbistanının davranışına baxmayaraq, iranlı zəvvarların Həcc siyarətində iştirak etməsi istiqamətində fəaliyyətimizi davam etdiririk. 4 aylıq fasilədən sonra Səudiyyə Ərəbistanı Həccə ziyarət təşkil edən qurumumuza viza verib. Onlar aprelin 16-da krallığa səfər edəcək".

"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu ölkə XİN-in sözçüsü Cabir Ənsari həftəlik mətbuat toplantısında bildirib.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 11-12-də İranda səfərdə olacaq: "İki ölkə arasında müxtəlif sahələr üzrə müqavilələr imzalanacaq".

XİN sözçüsü deyib ki, aprelin 12-də İtaliyanın baş naziri Tehrana səfər edəcək: "Ölkələrimiz arasında ticarət sahəsinə dair müqavilələrin imzalanacağı gözlənilir".

Cabir Ənsari Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissraı Federika Mogerini də aprelin 16-da 7 nəfərlik nümayəndə heyəti ilə İrana səfər edəcək.

O, aprelin 11-də axşam saatlarında BMT-nin Suriya üzrə təmsilçisi Staffan de Mistura Tehrana gedəcək.

"İranın xarici işlər naziri Məhəmədcavad Zərif İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçiriləcək toplantısında işrirak etmək üçün İstanbula gedəcək", - o, bildirib. 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR