Fon yüklənir...
Загрузка...

Eurovision-2010

Загрузка...
Eurovision-2010
 
Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək.


Bu gün Osloda keçirilən püşkatma mərasimində müsabiqənin yarımfinallarında çıxış edəcək 34 ölkənin I və II yarımfinal çıxış edəcəyi məlum olub. Püşkatmada mayın 25-də keçiriləcək I yarımfinalda Serbiya, Finlandiya, Rusiya, Yunanıstan, Slovakiya, İslandiya, Malta, Bosniya və Hersoqovina, Moldova, Portuqaliya, Latviya, Belarus, Belçika, Polşa, Albaniya, Makedoniya və Estoniya, II yarımfinalda isə Azərbaycan, Litva, İsveçrə, Gürcüstan, Türkiyə, İrlandiya, Sloveniya, İsveç, Ukrayna, Niderland, Bolqarıstan, Xorvatiya, Danimarka, Kipr, Rumıniya, İsrail və Ermənistan finala vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Bugünkü püşkatma mərasimində o da məlum olub ki, birbaşa mayın 29-da keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanan böyük dördlük Fransa, Böyük Britaniya, Almaniya və İspaniya, eləcə də bu ilki yarışmaya ev sahibliyi edəcək Norveç neçənci yarımfinalı göstərmək və səsvermək hüququ qazanıblar. Mayın 25-də keçiriləcək I yarımfinalı İspaniya və Almaniya nümayiş etdirəcək və məhz bu ölkələr yarımfinalda çxıış edəcək təmsilçilərə səs verə biləcəklər. II yarımfinalı isə nümayiş etdirmək və səsvermək Norveç, Böyük Britaniya və Fransaya həvalə olunub.

Qeyd edək ki, bu ilin mayında Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsi “Telenor Arena”da baş tutacaq. Ümumilikdə bu müsabiqədə 39 ölkə təmsil olunacaq.
Загрузка...

ŞƏRHLƏR

LaLa

3 İyul 2010 13:18

Uğurlar..

LARACROFT

8 Fevral 2010 23:11

Çox sağ ol.Oxumuşdum bu xəbəri
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

GaGuLiK

8 Fevral 2010 20:06

Oğullu Qızlı Olsun...

MR.QARRI

8 Fevral 2010 10:34

qalib gələnnən olsunlar...

Elif_87

8 Fevral 2010 10:28

Uğurlar...
aze aze

Ronnie_7

8 Fevral 2010 00:35

Aysel Teymurzadə demişkən 1-ci yer olmamış qayıdmayın))
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Sweetly_Lady

7 Fevral 2010 23:32

Ugurlar! aze

R_I_A_D

7 Fevral 2010 23:07

Yaxshi ola Allah kerimdi

KaF KeF

7 Fevral 2010 22:32

Uğurlar bizimkilərə. aze

Miss_Zaqadka

7 Fevral 2010 21:46

Bize uurlar..inwallah Safura getmez..

UKA

7 Fevral 2010 20:52

Sitat: Gitaristtttt
tewekkur melumata gore

Gitarist

7 Fevral 2010 20:36

tewekkur melumata goresmile

Nahid-19

7 Fevral 2010 20:29

sps.mennende +5 al gelsin....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

calypso

7 Fevral 2010 20:08

bizimkilere uqurlar.................

Economist

7 Fevral 2010 20:07

ELA!!! UGURLAR ARZULAYIRAM!!!

Rammstein-

7 Fevral 2010 20:03

smile

HellsAngeL

7 Fevral 2010 20:00

hmm ...bizimkilərə də uğurlar ...inşallah məryəm təmsil edər azərbaycanı...
loading...
Загрузка...