Loading...
Sərxoş sürücü piyadanı vurdu, polislə qarşıdurma yarandı -   VİDEO

Sərxoş sürücü piyadanı vurdu, polislə qarşıdurma yarandı - VİDEO

Loading...
Sərxoş sürücü piyadanı vurdu, polislə qarşıdurma yarandı -   VİDEO

Bu gün günorta saatlarında Bakının Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Musavat.com xəbər verir ki, piyada xətti ilə hərəkət edən 41 yaşlı Elşən Ələkbərov yüksək sürətlə hərəkət edən avtomobillə vurulub. Yaralı piyada əraziyə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. 

Baş vermiş hadisə ilə bağlı əraziyə Dövlət Yol Polisi əməkdaşları, həmçinin Bakı şəhər DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov gəlib. Özünü Natiq kimi təqdim edən sürücü piyadanın vurulmasında günahı özündə yox, ona “Saxla!” əmri verən yol patrul xidməti əməkdaşlarında görüb. Araşdırma zamanı məlum olub ki, Natiqin sürücülük vəsiqəsi yoxdur, üstəlik, avtomobili sərxoş vəziyyətdə idarə edir. 

Yol polisi əməkdaşlarından qaçmağa çalışan sürücü avtomobili yaşadığı həyətə qədər idarə edib, orada isə digət vətəndaşlarla birlikdə polis əməkdaşlarının işinə mane olmağa çalışıblar. 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində idarəsində araşdırma aparılır.


Joy.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR