Loading...
Bakıda 10 mənzildən oğurluq edən şəxs tutulub

Bakıda 10 mənzildən oğurluq edən şəxs tutulub

Loading...
Bakıda 10 mənzildən oğurluq edən şəxs tutulub

Bakı. 7 aprel. / Bakıda 10 mənzildən oğurluq edən şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-dan martın 31-dək olan müddətdə paytaxt ərazisindəki 10 mənzildən və bir avtomobildən pul, qızıl, məişət və geyim əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Abbasov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR