Loading...
 Müğənnini səhnədə ilan vurdu   - VİDEO+18

Müğənnini səhnədə ilan vurdu - VİDEO+18

Loading...
 Müğənnini səhnədə ilan vurdu   - VİDEO+18

İndoneziyanın ən məşhur müğənnilərindən biri, yerli "popun kralı" İrma Bule səhnədə ölüb. 

29 yaşlı müğənni səhnədəki zənbildən kral kobrasını çıxaranda ehtiyatsızlıq edib və ilan qıvrılıb onun qoluna dolanıb, sonra da müğənnini baldırından sancıb.

İrma buna əhəmiyyət verməyib, gülərək: "Narahat olmayın, ilanlar həmişə məni sancır, ciddi bir təhlükə yoxdur", - deyib.

Hadisə Qərbi Yava əyalətindəki Karavanq kəndində yaşanıb.

Onun dediyinə görə, "Rianti" adlı kobra "çox hirsli və qəzəbli"dir.

Lakin təxminən yarım saat sonra səhnədə məşhur mahnılarından birini ifa edən İrma boğulmağa başlayıb, yıxılıb və keçinib.

İrma Bule şoularında ilanlardan istifadə etməsi ilə tanınırdı.

Yerli polis idarəsindən verilən məlumata görə, müğənnini ilan sancandan sonra ona antidot təklif olunsa da, İrma Bule imtina edib.

Uzunluğu 6 metrə çatan kral kobrası dünyanın ən zəhərli, ən təhlükəli ilanlarından biri sayılır.//milliaz

Joy.az


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR