Loading...
Ronaldonun

Ronaldonun "Real"dan ayrılacağı dəqiqləşdi

Loading...
Ronaldonun

Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo mövsümün sonunda İspaniya təmsilçisini tərk edəcək. Sport7.az xəbər verir ki, portuqaliyalı klub rəhbərliyi ilə ortaq məxrəcə gəlib.

Bu iddia ilə "Sky Sports" çıxış edib. Mənbədə bildirilir ki, "kral klubu" artıq 31 yaşı olan və ildə 21 milyon avro ödədiyi futbolçunu göndərməkdə maraqlıdı. Təbii ki, klub "Real"la 2018-ci ilə qədər müqaviləsi olan futbolçunu pulsuz buraxmayacaq.

Məlumata görə, futbolçunu heyətində görmək istəyən hər hansı bir klub ən azı 60 milyon avrosundan keçməlidi. Ancaq təklifdə Ronaldonun şərtlərinə də əməl olunmalıdı. Belə ki, "Real"a təklif göndərəcək klub bir il üçün Ronaldonun özünə də 20-25 milyon avro maaş ödəməlidi.

Qeyd edək ki, bu məbləği portuqaliyalının sabiq klubu "Mançester Yunayted" və PSJ-nin ödəyə biləcəyi bildirilir.

Sport7.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR