Loading...

"Heydər" məscidində Azərbaycan Ordusunun düşmən üzərində zəfər qazanması üçün dualar edilir

Loading...

Bakı. 3 aprel. / "Heydər" məscidində aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində şəhid olan Azərbaycan hərbçilərinin ruhuna dualar edilir, uca Allahdan onlara rəhmət dilənir.

Bunu "Report "a "Heydər" Məscid Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli bildirib.

Onun sözlərinə görə, məsciddə qılınan namazlarda Azərbaycan Ordusunun düşmən üzərində zəfər qazanması üçün Allaha dualar edilir: "Məsciddə şəhər sakinlərinin iştirakı ilə qılınan bütün namazlarda ordumuzun şəhid olan əsgərləri yad edir, onlara Allahdan rəhmət diləyirik. Azərbaycan ordusunun zəfər qazanması üçün dualar edilir. Vətənin qorunması, şəhidlik zirvəsi ilə bağlı möizələr oxunur. Allah əsgərlərimizi qorusun!".

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR