Loading...

"Məğlubiyyət bizə çox şey öyrədəcək" - Luis Enrike

Loading...

İspaniya La Liqasının hesabat turunda "Real"a 1:2 hesabı ilə uduzan "Barselona"nın baş məşqçisi Luis Enrike qarşılaşmadan sonra oyunla bağlı fikirlərini səsləndirib.

Sport7.az xəbər verir ki, ispaniyalı çalışdırıcı "El Klasiko"dakı məğlubiyyəti belə şərh edib:

"Futbolda hər şey olur. İki rəqib var. "Real" da çox yaxşı oynadı. Biz də onların təhlükəli vəziyyət yaratmasına mane olmağa çalışdıq. Qapımıza vurulan ilk qolda mövqe səhvi var idi. Nə yazıq ki, meydanın özümüzə aid hissəsində məğlub olduq. Bir məğlubiyyətin olmasını istəsəydim, o bu matç olardı. Davam etmək məcburiyyətindəyik. Çempionlar Liqasında hədəfimizə doğru addımlayırıq. Liqada da liderliyimiz davam edir. Oyunu dərindən analiz edəcəm. Məğlubiyyətdən dərs çıxaracağımızı düşünürəm. Yenilgi bizə çox şey öyrədəcək. Bunu futbolçularım da bilir. Hakimlər barədə isə heç danışmaq istəmirəm. Onsuz da çətin oyun idi - istər hakimlər, istər baş məşqçilər, istərsə də futbolçular üçün..." 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR