Loading...

Günün xəbərləri
Xəbərlər
- 04 Fevral, 2010
- 3 382 Baxış
Loading...

4 ölçülü film nümayişi Azərbaycanda.
Hollivud film sektorunun böyük marağını cəlb edən 3D formatlı filmlərin bir sonrakı versiyası 4D Azərbaycana gəlib.
Artıq hər kəs dənizkənarı parkda quraşdırılan 4D cinema mərkəzinə gəlib xüsusi eynəklər vasitəsilə 4ölçülü animasiya filmlərinə baxa bilər.
4 ölçülü hazırlanan filmlər 12 nəfərlik minikinotetrda nümayiş etdirlir. Avadanlıqlar İsraildən gətirilib. Tamaşaçılar nümayiş olunan filmə uyğun olaraq müvafiq effektlərə özünü animasiyanın iştirakçısı kimi hiss edir. Məhz bu spesifik effektlər 4d formatını 3d-dən fərqləndirir.
Nümayiş oluncaq filmlər 5, 10, 15 dəqiqədən ibarət qısametrajlı animasiyalardır. Mövzu etibarı ilə əsasən qorxulu və əyləncəli filmlər üstünlük təşkil edir.
Bir nəfər üçün bir biletin qiyməti 5 manatdır. Əgər maraq çox olsa gələcəkdə qiymət endirilə də bilər.

EUROVİSİON-2010” TƏMSİLÇİMİZ FEVRALIN 25-DƏ MƏLUM OLACAQ.
Konfransda çıxış edən İTV-nin baş direktoru Azərbaycanın “Eurovision” müsabiqəsində cəmi iki ildir ki, təmsil olunduğunu, və ilk iki ilin çox uğurlu olduğunu deyib: “İki ildir ki. bu müsabiqəyə qoşulmuşuq, bir ölkə və şirkət olaraq yüksək səviyyədə təmsil olunuruq. Biz Azərbaycan xalqının istedadlı olduğunu iki ildir ki, bu müsabiqə vasitəsilə nümayiş etdirdik. İnanıram ki, səylərimiz “Eurovision-2010” müsabiqəsində də bəhrəsini verəcək. Bəlkə də biz “Eurovision-2010” müsabiqəsində Azərbaycan olaraq “Eurovision-2009”-cu ildən də yüksək nəticə əldə edəcəyik. Bizim bu müsabiqədə iştirakımız Azərbaycan musiqisinin, mədəniyyətinin qələbəsidir. Bugünkü qərar isə münsiflərlə yanaşı, tamaşaçıların da rəyi nəticəsində seçildi. Ötən il də təmsilçilərimizin adı açıqlananda çoxları nəticənin belə olacağına inanmırdı. Ancaq biz öz qərarımızın düzgünlüyünü sübut etdik”.
İ. Ömərov qeyd edib ki, fevralın 25-dən sonra Azərbaycanın “Eurovision-2010” müsabiqəsində təmsilçisinin adı elan olunacaq. İ. Ömərovun sözlərinə görə, “Eurovision”da təkcə səs deyil, jestlər və mimikalar da önəm daşıyır: “Bu üç namizəddən hansı təmsilçi seçilsə, onun Azərbaycanı layiqincə təmsil edəcəyinə inanıram. Bunun üçün biz əlimizdən gələni əsirgəmirik”.
Mətbuat konfransında iştirak edən “Eruvoision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak Azərbaycanın ötənilki təmsilçiləri olan AySel Teymurzadə və Araşı çox bəyəndiyini bildirib. Onun sözlərinə görə, bu müsabiqədə uğur qazanmaq üçün komanda şəklində çox çalışmaq lazımdır. Qalib eləcə də, Azərbaycanın milli yarımfinalında çıxış edən 6 namizəddən beşincisinin, yəni Səfurə Əlizadənin çıxışını daha çox bəyəndiyini qeyd edib: “Norveçdə Azərbaycana çox böyük uğurlar arzu edirəm. Azərbaycanın “Eurovision-2010” müsabiqəsində qalibiyyətinə sevinərdim”.
Rıbak hazırda Osloda “Eurovision-2010” müsabiqəsinin keçirilməsinə çox ciddi hazırlıq işləri getdiyini bildirib.
AySel Teymurzadə isə finala vəsiqə qazanan üç namizədə uğurlar arzulayıb və bu ilin mayında Norveçdə keçiriləcək müsabiqədə Azərbaycanı birinci görmək istədiyini vurğulayıb.
Finala vəsiqə qazanan Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupu seçilmələri üçün əllərindən gələni edəcəklərini qeyd ediblər. Azərbaycanı “Eurovision-2010” müsabiəsində təmsil etmək iddiasında olan bu üç namizəd təmsilçi seçildikləri təqdirdə qalib olmaq var-gücləri ilə çalışacaqlarını dilə gətiriblər.

OXŞAR XƏBƏRLƏR
Загрузка...