Loading...
​Oğurluqda təsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

​Oğurluqda təsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Loading...
​Oğurluqda təsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 2 aprel. / Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Vaqif Hüseyn oğlu Hümbətov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. V.Hümbətovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, V.Hümbətov oğurluqda təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin (CM) 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə V.Hümbətov CM-nin 67.1-ci (hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddəsinə əsasən, 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR