Fon yüklənir...
Загрузка...

​Rövnəq Abdullayev: "Neftin ucuzlaşması yeni layihələrin icrasına mane olur"

Загрузка...
​Rövnəq Abdullayev:

Bakı. 2 aprel. / Dünya bazarına neftin qiymətinin aşağı düşməsi yeni investisiya layihələrinin həyata keçirilməsinə mane olur. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayevin sözlərinə görə, əvvəl başlanan investisiya layihələrinin icrasıhazırda davam etdirilir.

SOCAR prezidenti deyib ki, SOCAR Monteneqroya sərmayə yatırmır:"Artıq necə dəfədir biz deyirik ki, Monteneqroya SOCAR bir manat da vəsait qoymayıb. Sadəcə SOCAR bir çox Azərbaycan şirkətləri üçün müxtəlif layilərin icrasında vasitəçilik edir. Həmin tenderdə böyük şirkətlər işrirak edib, Azərbaycan şirkətləri SOCAR-ın brendi ilə bu tenderi udub və indi həmin işləri reallaşdırır. Biz sadəcə vasitəçilik etmişik. Bir müddətdən sonra bu prosesdən tam çəkiləcəyik və şirkətlər işlərini özləri görəcək".

Загрузка...
loading...
Загрузка...