Loading...
İlham Əliyevlə Ərdoğan Vaşinqtonda görüşdü

İlham Əliyevlə Ərdoğan Vaşinqtonda görüşdü

Loading...
İlham Əliyevlə Ərdoğan Vaşinqtonda görüşdü

ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və türkiyə prezidentlərinin görüşü olub. Anspress-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün "Convention Center"ə gəlib.

Ərdoğan burada prezident İlham Əliyevlə görüşüb. Prezidentlər ayaq üstündə söhbət ediblər.

Ərdoğan həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Çinin sədri Si Tszinpin və BMT baş katibi Pan Gi Munla görüşüb.

Əliyevə Ərdoğanın sonun görüşü ötən ayın 15-də Türkiyənin paytaxtı Ankarada olub. Prezidentlərin görüşü Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası çərçivəsində baş tutub.

Həmin gün Türkiyə və Azərbaycan arasında sosial, iqtisadi və hərbi sahələr üzrə 6 mühüm sənəd imzalanıb.

Joy.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR