Loading...
​Rusiyada

​Rusiyada "Range Rover" oğurlayan azərbaycanlı saxlanılıb

Loading...
​Rusiyada

Bakı. 30 mart. / Rusiyada "Range Rover" markalı avtomobili oğurlamaqda şübhəli bilinən 24 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" "Fontanka" nəşrinə istinadən xəbər verir ki, avtomobil martın 24-də oğurlanıb.

Bir müddət sonra maşın Sankt-Peterburqun Bronevaya küçəsində, ev 6-da yerləşən texniki xidmət stansiyası ərazisində aşkar olunub. Polisi hadisə yerinə ərazidə atışmanın olduğu barədə xəbər verən yerli sakinlər çağırıblar. Hadisə yerinə gələn Frunzen rayonu 12-ci polis bölməsinin əməkdaşları şübhəli şəxsləri saxlaya biliblər.

Üç nəfər - 24 yaşlı azərbaycanlı, 27 yaşlı Podporojya sakini və Krasnoe Selodan 24 yaşlı peterburqlu qadın "Nissan Teana" markalı avtomobil ilə hadisə yerindən qaçmağa çalışıblar, lakin buna müyəssər ola bilməyiblər.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR